EN

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə salıb - VİDEO - YENİLƏNİB

Talaçayın məcrasından çıxması nəticəsindZaqatala rayonunun ə Üçüncü Tala kəndində də təsərrüfatlara ciddi dəyib.

APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, çayın rayonun Üçüncü Tala kəndi ərazisindən keçən hissəsində məcrasından çıxması səbəbindən sel suları kəndin Momqabinə və Masğarabinə obalarında kənd sakinlərinə məxsus ümumilikdə 15 hektara yaxın ərazidə fındıq bağlarına və əkin sahələrinə dolub, təsərrüfatlara ciddi ziyanlıq verib.

***

saat 15.14

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə salıb, evlərin həyətyanı sahəsini və fındıq bağlarını su basıb.

APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, son günlər Böyük Qafqaz darlarının cənub ətəyinin Zaqatala rayonu ərazisinə yağan intensiv leysan yağışlar səbəbindən Talaçay, Muxax, Silban, Bəkməz və digər çaylarda suyun səviyyəsi kəskin artıb, Talaçaydan səhər saatlarında sel keçib.

Talaçay rayonun Makov kənd inzibati ərazisinə aid Hövtala kənd ərazisindən keçən hissədə məcrasından çıxaraq çayın üzərindəki piyada körpüsünün bir hissəsini qəzalı vəziyyətə salıb. Hövtala kəndində 10-a yaxın evin həyətyanı sahəsini və bir-neçə sakinin fındıq bağını su basıb, təsərrüfatlara ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür.

Chosen
36
8
apa.az

10Sources