EN

İranın Təhlükəsizlik Şurası AEBA ilə yeni əməkdaşlıq sazişini təsdiqləyib

İranın Ali Milli Təhlükəsizlik Şurası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və İranın xarici işlər naziri Abbas Əraqçinin Qahirədə rəsmi Tehran ilə AEBA arasında yeni əməkdaşlıq sazişini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Nournews" agentliyi məlumat yayıb. 

"Müqavilənin bəndlərinin mətni Ali Milli Təhlükəsizlik Şurasının Nüvə Komitəsi tərəfindən nəzərdən keçirilib və imzalananların hamısı komitə tərəfindən təsdiqlənib", - məlumatda bildirilib. 

Sənəddə göstərilib ki, komitəyə bu məsələdə Ali Milli Təhlükəsizlik Şurası adından hərəkət etmək və qərar vermək səlahiyyəti verilib. 

Xatırladaq ki, iyulun 2-də İran Prezidenti Məsud Pezeşkian ölkəsinin AEBA ilə əməkdaşlığının dayandırılması haqqında qanun imzalayıb. Əraqçi öz növbəsində qeyd edib ki, yeni qanun agentliklə əməkdaşlığın çərçivəsini aydınlaşdırıb. Lakin qarşılıqlı fəaliyyət yollarını tam bağlamayıb və bu məsələ ilə bağlı qərarı ölkənin Ali Milli Təhlükəsizlik Şurasının ixtiyarına buraxıb.

Sentyabrın 9-da İran və AEBA Misirdə İsrail və ABŞ-nin iyun hücumlarından sonra dayandırılmış əməkdaşlığı bərpa etmək üçün saziş imzalayıblar, agentliyin nüvə obyektlərinə hücum edən ölkələrə qarşı qınağının olmaması İranda tənqidlərə səbəb olub. 

Chosen
38
1
ikisahil.az

2Sources