EN

ABŞ və Çin nümayəndələri bu gün İspaniyada görüşəcək

Görüşün gündəliyi genişdir: Ticarət mübahisələrindən tutmuş Rusiya sanksiyalarına qədər...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, ABŞ və Çin rəsmiləri arasında ticarət mübahisələri və digər aktual məsələləri müzakirə etmək üçün bu gün, sentyabrın 14-də Madriddə görüş keçiriləcək. Görüşün əsas gündəliyinə TikTok tətbiqinin satışı ilə bağlı yaxınlaşan son tarix və Vaşinqtonun G7 ölkələri və Avropadakı müttəfiqlərinə Çindən idxala, xüsusən də Rusiya neftinin alınmasının qarşısını almaq üçün tətbiq edilən tariflər daxildir.

Danışıqlardan əldə ediləcək ən real nəticənin TikTok tətbiqinin satış müddətinin uzadılması olduğu proqnozlaşdırılır. Daha "əhəmiyyətli nəticələrin" isə oktyabrın sonunda Seulda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində Tramp və Si Cinpin arasında mümkün görüşə saxlanılacağı bildirilir.

ABŞ Maliyyə Nazirliyi Madriddəki danışıqlarda çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə birgə səylərin də müzakirə ediləcəyini açıqlayıb. Bu, Çindən Ukraynada müharibə aparmaq üçün Rusiyaya qeyri-qanuni texnoloji məhsul tədarükünün qarşısının alınması ilə bağlı Vaşinqtonun uzun müddətdir irəli sürdüyü tələblərlə əlaqəlidir.

Poliqon.info

Chosen
62
poliqon.info

1Sources