EN

Arvadını və nəvəsini boğulmaqdan xilas edib öldü

Rusiyada ailə başçısının göstərdiyi qəhrəmanlıq gündəm olub.

Publika.az Rusiya Fövqəladə Hallar Nazirliyinin Baykal Axtarış-Xilasetmə Dəstəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Baykal gölündə kişi qayıqdan yıxılaraq batan arvadını və nəvəsini xilas etməyə çalışarkən boğularaq ölüb.

"Bədbəxt hadisə sentyabrın 11-də günorta saatlarında İrkutsk vilayətinin Olxonski rayonundakı Xala turizm bazasının yaxınlığında baş verib. Xilasediciləri əraziyə polis əməkdaşları çağırıb. Onlar qayıqda olan insanların köməyə ehtiyacı olduğunu bildiriblər. Axtarış-xilasetmə qrupu qayığı sahildən 4 kilometr aralıda tapıb. İçərisində Anqarski rayonunun 55 yaşlı sakini və onun iki yaşlı nəvəsi olub. Qadın ərinin onlarla birlikdə qayıqda olduğunu bildirib. Qurbanın meyiti isə sahildən 300 metr aralıda tapılıb",- məlumatda deyilir.

Chosen
13
publika.az

1Sources