EN

Masallıda şəhid adını daşıyan küçələrdə asfaltlanma işləri davam edir » AzadMedia.az


Rayonda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçə və yollarda genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri aparılmaqdadır.

Rayon rəhbəri tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılır, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim addımlar atılır.

Belə ki, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Masallı şəhərində şəhid İntiqam Əsgərli küçəsi 6440 kv.metr, şəhid Fuad Novruzov küçəsi 1820 kv.metr, şəhid Salatın Əsgərova küçəsi 1440 kv.metr, şəhid Araz Seyfullayevin ailəsinin yaşadığı Bakı prospekti döngə 460 kv.metr, şəhid Elnur Əsədullayevin ailəsinin yaşadığı Azərbaycan prospekti döngə 420 kv.metr məsafədə asfalt örtüyü döşənmişdir.
Qeyd edirik ki, Masallı Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi bu kimi layihələr şəhid ailələrinin hərzaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunun bariz nümunəsidir.

Gələcəkdə də bütün şəhid adını daşıyan küçələrin asfaltlanması istiqamətində tədbirlərin daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.
Chosen
13
azadmedia.az

1Sources