EN

Rubio Netanyahu ilə görüş keçirəcək

BAKI, TurkicWorld, Səməd Əyyubov

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri çərçivəsində ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirəcək.

TurkicWorld-un məlumatına görə, Rubio və Netanyahu birlikdə Qüdsdə yerləşən Ağlama Divarını da ziyarət edəcəklər.

Dövlət katibinin səfəri İsrailin bir neçə gün əvvəl Qətərin paytaxtı Dohaya endirdiyi hava zərbəsindən sonra baş tutub. İsrail Hərbi Hava Qüvvələri HƏMAS siyasi rəhbərliyinin üzvlərinin yerləşdiyi binanı raketlə vurmuşdu. Fələstin tərəfinin açıqlamasına görə, HƏMAS rəhbərlərindən heç kim həlak olmayıb.

Chosen
20
turkic.world

1Sources