EN

Altı yaşlı qızın adı Sülhməramlı siyahısında Nə edib?

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyadan olan altı yaşlı qız "Sülhməramlı" saytının qalmaqallı Ukrayna məlumat bazasına əlavə edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Siyahıya 2019-cu il təvəllüdlü Viktoriya adlı qızın adı lavə edilib. Onun Ukraynanın dövlət sərhədini qəsdən pozduğu qeyd edilir .

Bu, Rusiyadan olan uşaqların məlumat bazasına düşməsi ilk dəfə deyil. Bundan əvvəl 9 iyun 2023-cü il təvəllüdlü rusiyalı Timurun "Sülhməramlı" məlumat bazasına daxil edildiyi bildirilirdi.

Həmçinin bu həftə 13 yaşlı Ruslan və beş yaşlı Nikita da oraya daxil olub.

2014-cü ildə yaradılan “Sülhməramlı” internet saytı Ukraynanın milli təhlükəsizliyinə təhdid yaratdığı iddia edilən şəxslərin şəxsi məlumatlarını müəyyənləşdirmək və dərc etmək məqsədi daşıyır. Resurs Ukrayna daxili işlər nazirinin ştatdankənar müşaviri Anton Geraşenkonun təşəbbüsü ilə yaradılıb. 2016-cı ilə qədər Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi və digər dövlət təhlükəsizlik orqanları rəsmi olaraq resursun tərəfdaşları hesab olunurdu.(publika.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
2
olke.az

3Sources