EN

Kuzmanoviçin yeni klubu bəlli oldu - rəsmi

Bu yay “Araz-Naxçıvan”dan ayrılan Miço Kuzmanoviçin yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ölkəsi Bosniya və Herseqovinada oynayacaq.

O, "Velej Mostar”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. Kuzmanoviçlə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Kuzmanoviç karyerası ərzində “Yaqodina”, “Modriça Maksima”, “Sarayevo”, “Muskron”, “Rudar”, “Çelye”, “Tuzla Siti” kimi komandalarda oynayıb. O, 2023-cü ilin iyulundan bu yaya qədər "Araz-Naxçıvan"da çıxış edib.

Chosen
37
football-plus.az

1Sources