EN

Mağaza sahibini torpaq mübahisəsinə görə öldürmüşdü: Ali Məhkəmə qərar verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şirvanda mağaza sahibini qətlə yetirməkdə ittiham olunan 53 yaşlı Elşən İslamovun cinayət işi üzrə Ali Məhkəmə qərar çıxarıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, E.İslamov həmyerlisi, 1963-cü il təvəllüdlü Yavər Bağırovu bıçaqla qətlə yetirib.
Məlumata görə, təqsirləndirilən Elşən 2019-cu ildə "Anar" mağazasının yaxınlığında yerləşən torpaq sahəsinə ağac əkib, abadlaşdırıb. Lakin mağaza sahibi həmin torpaq sahəsinin ona məxsus olduğunu deyib. Sonra Elşən Yavərdən əraziyə çəkdiyi xərci tələb edib və torpaqdan əl çəkəcəyini bildirib. Buna görə dəfələrlə tərəflər arasında mübahisələr yaranıb. Sonuncu mübahisədən sonra Elşən içki içdikdən sonra Yavərə bıçaqla xəsarət yetirərək onun ölümünə səbəb olub.
E.İslamovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi onun əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edərək 10 il 6 ay cəza təyin edib. Bununla Elşənin cəzası yüngülləşdirilib.
Hökmdən dövlət ittihamçısı və mərhumun ailəsi narazı qalıb. Apellyasiya şikayəti ilə Elşənin cəzası ağırlaşdırılıb. Ona xuliqanlıq niyyəti ilə adam öldürmə ittihamı ilə 17 il cəza verilib.
Bu hökmdən isə Elşən İslamov narazı qalaraq, Ali Məhkəməyə müraciət edib. O, əməlinin qəsdən adam öldürmə maddəsinə tövsif edilməsini istəyib. Onun şikayəti təmin edilməyib.
Chosen
17
7
oxu.az

8Sources