EN

Son sutkada Qəzzada 68 nəfər öldürülüb

Son sutka ərzində İsrail Ordusunun zərbələri nəticəsində Qəzzada 68 nəfər ölüb, 346 nəfər yaralanıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bundan əlavə, son 24 saatda Qəzza sektorunda 2 nəfər aclıqdan ölüb. Bununla da 145-i uşaq olmaqla, aclıqdan ölənlərin sayı 422 nəfər olub. Ümumilikdə, 7 oktyabr 2023-cü ildən indiyə qədər Qəzzada 64 871 nəfər ölüb, 164 610 nəfər yaralanıb.

Chosen
3
10
xezerxeber.az

10Sources