Son sutka ərzində İsrail Ordusunun zərbələri nəticəsində Qəzzada 68 nəfər ölüb, 346 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bundan əlavə, son 24 saatda Qəzza sektorunda 2 nəfər aclıqdan ölüb. Bununla da 145-i uşaq olmaqla, aclıqdan ölənlərin sayı 422 nəfər olub.
Ümumilikdə, 7 oktyabr 2023-cü ildən indiyə qədər Qəzzada 64 871 nəfər ölüb, 164 610 nəfər yaralanıb.
Bizim.Media