EN

Kreml üçün təhlükəli ssenari: proses başladı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Avropada “Grand Eagle 2025” təlimləri keçirilir və qoşunlar Litva üzərindən köçürülür. Bu 65 kilometrlik dəhliz Kalininqrad vilayətinə gedən əsas marşrutdur”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi müxbir Aleksandr Kots Telegram kanalında yazıb.

O qeyd edib ki, belə bir ssenari Rusiyaya qarşı birbaşa təxribat kimi istifadə oluna bilər.

“Avropanın silahlanma prosesi artıq dayandırıla bilməz. Bütün müşayiət olunan iqtisadi və sosial problemlər yalnız böyük münaqişə ilə aradan qalxa bilər”, – deyə Kots bildirib.

İyulun 17-də amerikalı general Kristofer Donahu bəyan edib ki, NATO rekord zamanda Kalininqrad vilayətində yer üzündən silə bilər. Onun sözlərinə görə, artıq belə bir plan hazırlanıb.

Əliyar Xəlil

Globalinfo.az  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
globalinfo.az

1Sources