EN

Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasıbinasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusununaçılışında iştirak edib.

Trend xəbər verirki, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Universitetininrektoru Şahin Bayramov və Qarabağ Universiteti Klinikasınınrəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı SamirBabayev dövlətimizin başçısına yaradılan şərait barədə məlumatverdilər.

Bildirildi ki, yeni tədris ilindən Qarabağ Universitetində Tibbvə sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültənintədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchizedilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş vəimtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zallarıyaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiyalaboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlarfəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgəhazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb vədördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək.Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəribiliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərəçevirməyə imkan yaradacaq. Tələbələrə tədqiqat aparmaq və liderlikkeyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlarveriləcək. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənnolaraq incəsənət proqramının tədris planına daxil edilməsidir.İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq vəünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsbedir.

Dövlətimizin başçısı Qarabağ Universitetinin Klinikası binasındayaradılmış şəraitlə tanış oldu. Klinika Prezident İlham Əliyevin builin fevralında imzaladığı Fərmana əsasən yaradılıb. Klinikanınbinasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım,maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) vəangio otaqları fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsilocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb.Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alantələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, busahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalininsağlamlığının qorunmasında mühüm rol oynayacaq. Burada, eynizamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyatakeçiriləcək.

Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb vəsağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrünçağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanmasıistiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən,klinikada həyata keçiriləcək elmi tədqiqatlar QarabağUniversitetinin akademik nüfuzunun və beynəlxalq reytinqininartmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsiniverəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu alitəhsil ocağına marağını artıracaq.

Chosen
2
49
az.trend.az

3Sources