EN

Göygöl Mərkəzi Xəstəxanasında tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi 175 min AZN xərclənəcək

Göygöl Rayon Mərkəzi Xəstəxanası tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi “GSL Service” MMC olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında 175.164,98 AZN məbləğində müqavilə imzalanacağı gözlənilir.

Müqaviləyə əsasən, B və C sinfi üzrə tibbi tullantıların 752 m³ həcmində zərərsizləşdirilməsi, 23.092,608 km məsafədə daşınması, eləcə də D sinfi üzrə tibbi tullantıların 1.000 kq zərərsizləşdirilməsi və 23.092,608 km məsafədə daşınması nəzərdə tutulur.

Qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır, qanuni təmsilçisi isə Elnur Ocadov Hüseyn oğludur.

Chosen
25
nocomment.az

1Sources