Gəncədə 1985-ci il təvəllüdlü Eşqin Kərimov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, ona döş qəfəsinin kəsiyi diaqnozu ilə əməliyyat olunub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin məlumata görə, hadisə E. Kərimovun qardaşı tərəfindən törədilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.