EN

Aleksandr İsakın “Liverpul”dakı debütü təxirə salınıb SƏBƏB

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İsveçli hücumçu Aleksandr İsak hələlik “Liverpul” forması ilə meydana çıxmayacaq.

İdman.biz xəbər verir ki, transfer pəncərəsinin son günündə 125 milyon funt sterlinqə İngiltərə rekordunu qıraraq komandaya qoşulan futbolçu Premyer Liqada “Bernli” ilə görüş üçün iştirak ərizəsinə daxil edilməyib.

Buna səbəb İsakın hazırda optimal formada olmamasıdır. Mövsümöncəsi hazırlıq dövründə o, demək olar ki, “Nyukasl”la məşq etməyib. Futbolçu məşqlərə çıxmaqdan imtina etdiyinə görə müvəqqəti olaraq əsas komandadan kənarlaşdırılmışdı.

“Liverpul”un baş məşqçisi Arne Slot isə “Arsenal”la oyundakı eyni heyəti meydana buraxıb. Beləliklə, isveçli hücumçunun debütü ən azı növbəti tura qədər yubadılıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
1
icma.az

2Sources