Mikel Merinodan əvvəl İspaniya yığmasında het-trik etmiş sonuncu yarımmüdafiəçi İsko idi.
"Football-plus.az" xəbər verir ki, o, 2018-ci ildə İspaniyanın Argentina üzərində 6:1 hesablı qələbəsində böyük pay sahibi olmuşdu. Son Avropa çempionunun tarixində iki dəfə het-trik etmiş yeganə orta xətt oyunçusu isə "Atletik"in əfsanəsi Yulen Gerrerodu. "Kral şir" ləqəbli hücumameyilli yarımmüdafiəçi 1996-cı ildə Maltanın (3:0), 3 il sonra isə Cənubi Kiprin (8:0) qapısına 3 top vurmağı bacarmışdı.
Maraqlıdı ki, Kipr yunanları ilə oyunda "Atletik"in daha bir futbolçusu - İsmael Ursais də eyni uğura nail olmuşdu.
İspaniya yığmasında het-trik etmiş futbolçulardan söz düşmüşkən, 1957-ci ildə 9 aylıq fasilə ilə "Real"ın və "Barselona"nın əfsanələrinin ard-arda ispanları sevindirdiyini də xatırlamaq olar. Söhbət Buenos Ayresdə dünyaya gəlmiş Alfredo Di Stefano ilə Budapeştdə doğulmuş Laslo Kubaladan gedir. Alfredo Niderlandı (5:1) məyus etmişdi.
Laslo isə Merinoya qədər ispanların heyətində Türkiyə yığması ilə (3:0) oyunda het-trik etmiş ilk futbolçu kimi yadda qalmışdı.