EN

Rusiyanın bu vilayətində meşə yanğını tüğyan edir

Rusiyanın Rostov vilayətində meşə yanğını tüğyan edir.

Redaktor.az 161.ru-ya istinadən xəbər verir ki, yanğına səbəb quru odunların yandırılması olub.

Bildirilib ki, yanğın Kuleşovka kəndinin şimal hissəsində baş verib, güclü küləyə görə tezliklə yaşayış binalarına yaxınlaşıb.

Qatı tüstü səbəbindən Rostov-Azov avtomobil yolunun 1-17-ci kilometrliyi bağlanıb.

Nəticədə hər iki istiqamətdə təxminən dörd kilometr uzunluğunda tıxac yaranıb.

Yanğının söndürülməsinə 15 texnika və 40 yanğınsöndürən cəlb edilib.

Chosen
57
3
redaktor.az

4Sources