EN

Baş nazir: Qətər Qəzzada sülh üçün fəaliyyətini davam etdirəcək

İsrailin atdığı addımlar Qətərin Qəzza münaqişəsinin həlli istiqamətində göstərdiyi vasitəçilik səylərinə mane olmayacaq...

APA-nın xəbərinə görə, bunu Qətər Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Al Tani Fövqəladə Ərəb-İslam Sammitində bildirib.

İsrailin Dohada HƏMAS iqamətgahına zərbə endirməsinə toxunan Məhəmməd bin Əbdül Rəhman Al Tani qeyd edib ki, Qətər Misir və ABŞ ilə birgə ədalətli və davamlı sülhə nail olmaq üçün fəaliyyətini davam etdirəcək: “Qətərin siyasəti “ədalətli və hərtərəfli sülhün yeganə strateji seçim” olması prinsipinə əsaslanır”.

Poliqon.info

Chosen
1
6
poliqon.info

8Sources