EN

Starmer: İnsanların etiraz etmək hüququ var, amma polisə hücum qəbuledilməzdir

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda keçirilən aksiyalar fonunda insanların etiraz etmək hüququna malik olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

“İnsanların dinc etiraz etmək hüququ var. Bu, ölkəmizin əsas dəyərlərindən biridir. Amma polis əməkdaşlarına, öz işini görən hüquq-mühafizə orqanlarına hücumlar qəbuledilməzdir. Həmçinin insanların mənşəyinə və ya dərisinin rənginə görə küçəyə çıxmaqdan çəkinməsinə də imkan verməyəcəyik”, – Starmer vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
8
apa.az

9Sources