EN

Fatma Yıldırımdan kənd məktəbləri ilə bağlı TƏKLİF

Sentyabrın 12-də keçirilən "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusuna həsr olunmuş təhsil forumunda məktəb direktorlarından birinin toxunduğu vacib məqam məni ciddi düşündürdü: bölgələrdəki müəllim və şagirdlərin texnologiyaya çıxışı hələ də paytaxtla müqayisədə bərabər deyil. Bu isə, nəticə etibarilə, təhsilin keyfiyyətinə və gələcək nəslin imkanlarına birbaşa təsir göstərir.

Publika.az xəbər verir ki, bunu deputat Fatma Yıldırım bildirib.

"Biz bu gün təhsildə keyfiyyətin artırılmasından danışırıqsa, ilk növbədə regionlarda təhsil mühitinin bərabərləşdirilməsi üzərində ciddi düşünməliyik. Xüsusilə də rəqəmsal imkanlara çıxış məsələsi artıq lüks deyil - bu, təhsildə ədalət və gələcəyə bərabər hazırlıq məsələsidir", - F.Yıldırım qeyd edib.

O, məsələ ilə bağlı təklif də irəli sürüb:

"Mən təklif edirəm ki, 2026-cı il dövlət büdcəsində ayrıca məqsədli proqramla "Kənd məktəblərində minimum texnoloji təminat paketi" formalaşdırılsın. Hər müəllim və hər 3-4 şagird üçün fərdi kompüter və ya planşet, yüksək sürətli internet, texniki dəstək komandaları və mütəmadi təlimlərlə müşayiət olunan davamlı sistem qurulsun. Burada məqsəd təkcə kompüter vermək deyil - rəqəmsal düşüncə tərzini formalaşdırmaqdır. Biz müəllimlərimizi də bu mühitə hazırlamalıyıq. Rəqəmsal savadlılıq artıq baza bacarığıdır - yazı və oxu qədər vacib".

Chosen
26
publika.az

1Sources