EN

Rusiyanın Rumıniyadakı səfiri XİN-ə çağırıldı

BAKI, 14 sentyabr. TELEQRAF

Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev sentyabrın 13-də pilotsuz uçuş aparatının ölkənin hava sərhədlərini pozması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, baş vermiş hadisə Rumıniyanın suverenliyinin pozulmasıdır və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün tədbirlərin görülməlidir.

Rumıniya Müdafiə Nazirliyi daha öncə Rusiyanın pilotsuz təyyarəsinin ölkənin hava məkana daxil olması barədə məlumat yayıb. Bildirilib ki, PUA 50 dəqiqə Rumıniya hava məkanında qalıb və sonra Ukraynaya doğru hərəkət edib. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı və Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki "Eurofighter Typhoon" qırıcısı havaya qaldırılıblar.

Chosen
22
4
teleqraf.com

7Sources