EN

Sumqayıtda xəstəxana həyətindən döl tapıldı - YENİLƏNİB

Son bir neçə gün ərzində Konqo Demokratik Respublikasının şimal-qərbində iki gəminin batması nəticəsində 200-ə yaxın insan həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.

Hər iki faciə Ekvator əyalətində baş verib. İlk olaraq Nsolo və Marinqa çaylarının qovuşduğu ərazidə 60-ı tələbə olmaqla 100-dən çox insan boğularaq ölüb. Səkkiz nəfər xilas edilib. Gəmidə olan insanların dəqiq sayı müəyyənləşdirilir.

Ertəsi gün axşam Konqo çayında gəmi alovlanıb və çevrilib. Radiostansiyanın məlumatına görə, 100 nəfər həlak olub. 209 sərnişin özü sahilə çıxa bilib.

Qeyd edək ki, geniş avtomobil və dəmir yolu sistemlərinin olmadığı Konqo DR-də su nəqliyyatı əsas hərəkət vasitəsidir.

Chosen
12
avtosfer.az

1Sources