Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini Avanesyan Karen Albertoviçin açdığı atəş nəticəsində xəsarət alan polis əməkdaşı Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, yaralı polis ilk olaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb, daha sonra paytaxda yerləşən xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf-a verilən məlumata görə, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.