Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraitinin hökm sürməsi bir sıra fəsadlar törədib.
Senzor.az-ın məlumatına görə, Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən Hunbul çayından səhər saatlarında sel keçib.
Sel çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız vəziyyətə salıb.
Nəticədə avtomobil və piyadaların gediş-gəlişi müvəqqəti olaraq dayanıb.
Hazırda aidiyyəti qurumlar ərazidə zəruri işlər aparırlar.