Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu addım sentyabrın 13-də pilotsuz uçuş aparatının (PUA) ölkənin hava sərhədlərini pozması ilə bağlı olaraq atılıb.
Səfirə bunun Rumıniyanın suverenliyinin pozulması faktı olduğu bildirilib. Gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün tədbirlərin görülməsi məsələsi diqqətə çatıdırılıb.