“Mançester Yunayted” baş məşqçi Ruben Amorimin təyinatından bəri İngiltərə Premyer Liqasında ən az xal toplayan komanda olub.
90deqiqe.Az-ın "Opta Sports"a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında “qırmızı şeytanlar” 31 xal toplayıb.
4-cü turda “Mançester Siti”yə 0:3 hesabı ilə uduzulan görüş Ruben Amorimin “Yunayted”dəki 31-ci matçı olub. O, klubda 11 noyabr 2024-cü ildən çalışır. Eyni dövrdə Premyer Liqada ən çox xal toplayan komandalar “Liverpul” (68), “Arsenal” (64) və “Çelsi” (58) olub.
Opta-nın məlumatına görə, daimi Premyer Liqa iştirakçıları arasında ikinci ən zəif komanda “Tottenhem”dir. London klubu da 31 xal toplayıb, lakin qırmızı şeytanların fərqi –13, Tottenhemin isə –4 olub.