EN

Azərbaycandan getdi, tarixi kluba anlaşdı - FOTO

Bu yay “Araz-Naxçıvan”dan göndərilən Miço Kuzmanoviç artıq özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ölkəsində oynayacaq.

O, Bosniya və Herseqovinanın ən tarixi klublarından olan, 1922-ci ildən fəaliyyət göstərən “Velej Mostar”la anlaşıb.

“Araz-Naxçıvan”ın sabiq legionerinin anlaşması mövsümün sonuna qədərdir.

O, karyerası ərzində “Yaqodina”, “Modriça Maksima”, “Sarayevo”, “Musktron”, “Rudar”, “Çelye” və “Tuzla Siti” kimi komandalarda oynayıb.

Chosen
19
sportinfo.az

1Sources