EN

Ərdoğan Türkiyə millisini təbrik etdi “Sizinlə fəxr edirik”

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rəcəb Tayyib Ərdoğan Avropa çempionatında gümüş medal qazanan Türkiyənin kişilərdən ibarət basketbol milli komandasını təbrik edib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan təbrik mesajında ​​bunları qeyd edib:

“FIBA 2025 Avropa basketbol çempionatında ikinci olan Türkiyə kişi basketbol milli komandamızı ürəkdən təbrik edirəm.

12 nəhəng adam, bu tarixi nailiyyət və qətiyyətiniz, eləcə də son saniyəyə qədər mübarizəniz üçün sizə təşəkkür edirik! Sizinlə fəxr edirik”.

Xatırladaq ki, Türkiyə millisi qitə birinciliyinin finalında son dünya çempionu Almaniyaya 83:88 hesabı ilə məğlub olub.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
525.az

1Sources