EN

“Qarabağ”ın rəqibləri - 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət

Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan klublardan beşi şənbə günü ölkə çempionatında növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, “Kopenhagen” Danimarka çempionatının 8-ci turunda “Bröndbyu”nun qonağı olub.

Matç “Kopenhagen”in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın heyətində yeganə qolu Mohamed Elyounoussi vurub. Uduzmağına baxmayaraq, “Kopenhagen” 8 oyundan 16 xal toplamaqla çempionatda liderdir.

“Atletik Bilbao” da turu xalsız başa vurub. Bask təmsilçisi La Liqanın dördüncü turunda öz meydanında “Alaves”ə uduzub - 0:1.

Mövsümdə ilk məğlubiyyətini alan Bilbao klubu hazırda 9 xalla İspaniya çempionatında ikinci yeri tutur.

“Kopenhagen” və “Atletik Bilbao”dan fərqli olaraq “Napoli” turu qələbə ilə başa vurub. Neapol təmsilçisi İtaliya A seriyasının üçüncü turunda səfərdə “Fiorentina”dan üstün olub - 3:1.

Neapolluların heyətində Kevin de Brüyne, Rasmus Hoylund və Sam Beukema fərqlənib. 3 turdan sonra maksimum xal toplayan “Napoli” İtaliya çempionatının lideridir.

“Ayaks” da turu 3:1 hesablı qələbə ilə başa vurub. Amsterdam klubu Niderland çempionatının 5-ci turunda “Zvolle”dən üstün olub.

“Ayaks”a qələbə gətirən qolları Devi Klaassen və Mika Qodts (2 qol) vurub. 5 turdan 11 xal toplayan paytaxt təmsilçisi Niderland çempionatında üçüncü yerdə qərarlaşıb.

“Qarabağ”ın 5 rəqibindən yalnız “Çelsi” turu heç-heçə ilə başa vurub. Premyer Liqanın 4-cü turu çərçivəsində səfərdə “Brentford”un qonağı olan “zədaganlar” meydandan 2:2-lik bərabərliklə ayrılıblar.

“Çelsi”nin heyətində Kol Palmer və Moizes Keysedo fərqlənib. 4 turdan sonra 8 xalı olan London klubu turnir cədvəlində beşincidir.

Chosen
13
4
sportinfo.az

5Sources