EN

KİV: Almaniya əks-kəşfiyyatına türkiyəəsilli şəxs rəhbərlik edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyəəsilli Sinan Selen Almaniyada əks-kəşfiyyat funksiyalarını yerinə yetirən Konstitusiyanın Müdafiəsi Federal İdarəsinin (BfV) yeni rəhbəri təyin olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, sentyabrın 15-də Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Selenin təyinatı barədə BfV əməkdaşlarına məlumat verəcək.
Selen hazırda qurum rəhbərinin müavini vəzifəsini tutur. Əks-kəşfiyyatın əvvəlki rəhbəri Tomas Haldenvanq 2024-cü ilin sonunda parlamentə namizədliyini irəli sürmək üçün vəzifəsini tərk edib.
Qeyd edək ki, BfV 75 il əvvəl yaradılıb. Qurumun 4 200-ə yaxın əməkdaşı var.
Chosen
39
oxu.az

1Sources