EN

Tramp: Avropanın Rusiyaya qarşı sanksiyaları kifayət qədər sərt deyil

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları kifayət qədər sərt deyil.

APA xəbər verir ki, O, bu barədə Nyu-Cersi ştatının Bedminster şəhərində jurnalistlərə açıqlamasında bildirib.

“Mən sanksiya tətbiq etməyə hazıram, amma onların da öz sanksiyalarını sərtləşdirməsi lazımdır ki, mənim addımlarımla üst-üstə düşsün. Avropanın Rusiyadan neft aldığı halda bizdən Rusiyaya qarşı bütün gücümüzlə hərəkət etməyimizi gözləmək olmazr”, – deyə Tramp vurğulayıb.

Chosen
35
4
apa.az

5Sources