EN

Tramp: Putin və Zelenski qarışılıqlı nifrət səbəbindən birbaşa ünsiyyət qura bilmirlər

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski qarşılıqlı nifrət səbəbindən birbaşa ünsiyyət qura bilmirlər.

APA xəbər verir ki, Tramp bu barədə Nyu-Cersi ştatının Bedminster şəhərində jurnalistlərlə söhbətində bildirib.

“Onlar bir-birilərindən o qədər nifrət edirlər ki, demək olar danışa bilmirlər”, — deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp, Putin və Zelenskinin nə vaxt görüşə biləcəyi sualına belə cavab verib:

"Bilmirəm, nisbətən tezliklə. Biz bu və ya digər şəkildə bu məsələni həll edəcəyik, lakin nisbətən tezliklə. Danışıqlar aparılacaq, bunu zirvə adlandırın və ya sadəcə görüş, fərqi yoxdur".

Chosen
28
1
apa.az

2Sources