EN

Erməni əsilli Xankəndi sakininin təxribat planından anbaan VİDEO

Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb.

Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub.
Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.

Qeyd edək ki, Katen Avanesyan bu gün qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

K. Avanesyan hazırda həkim nəzarətindədir (APA).

Chosen
29
38
sportinfo.az

10Sources