EN

Meyvələrdən üç meyvə var, üçü də potensial təhlükəli - İmmunoloq açıqladı

BAKI, 15 sentyabr. TELEQRAF

Üzüm, banan və yemiş kimi meyvə və giləmeyvələr sağlamlıq üçün təhlükəli ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə endokrinoloq, immunoloq Gülnarə Filatova “Lenta.ru” ilə söhbətində bildirib.

“Meyvələr ənənəvi olaraq sağlamlıq simvolu hesab olunur, lakin onlar heç də hər zaman faydalı deyil. Təkcə onların qida dəyəri deyil, həm də miqdarı və insanın orqanizminin vəziyyəti də vacibdir. Xüsusilə üzümlə ehtiyatlı olmaq lazımdır. O, zərərsiz və dadlı görünür, lakin hətta bir ovuc üzüm mədəaltı vəzi və qaraciyər üçün ciddi yükdür”, - həkim söyləyib.

Filatovanın sözlərinə görə, üzüm qlükoza və fruktoza ilə zəngindir, yəni qanda şəkər səviyyəsini kəskin şəkildə yüksəldə bilər ki, bu da artıq çəkisi, diabeti və ya prediabeti olan insanlar üçün risk faktorudur.

“Digər hiyləgər giləmeyvə banandır. O, çoxdan gündəlik qidaya çevrilib, bir çoxları onu atışdırma və ya şirniyyatların faydalı əvəzedicisi kimi qəbul edir. Lakin əslində banan yüksək qlikemik indeksə malik məhsuldur ki, bu da qanda şəkərin sürətli yüksəlməsini stimullaşdırır. Metabolik pozğunluqlara meylli insanlar üçün həddindən artıq banan əlavə yük yaradır, az hərəkətli həyat tərzi sürənlər üçün isə boş kalori mənbəyinə çevrilir," - endokrinoloq deyib.

Bundan əlavə, banan yüksək kalium tərkibinə görə böyrək problemləri olan insanlar üçün təhlükəli ola bilər.

Həkim təhlükəli ola biləcək digər meyvə kimi yemişi qeyd edib. Bu meyvə tez-tez çox yeməyə və qanda qlükoza səviyyəsinin kəskin dəyişməsinə səbəb olur.

“Həmçinin onun sululuğu və digər məhsullarla kombinasiyası qarında köpü və həzm sistemində narahatlıq yarada bilər. Bu, xüsusilə həssas mədəyə və ya bağırsaq mikroflorasında pozğunluqlara meylli insanlarda nəzərə çarpır”, - Filatova xəbərdarlıq edib.

Chosen
49
teleqraf.com

1Sources