EN

ABŞ Prezidenti İsraili Qətər məsələsində ehtiyatlı olmağa çağırıb

Bakı, 15 sentyabr, AZƏRTAC

İsrail Qətərlə bağlı məsələlərdə ehtiyatlı davranmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

O, müxbirin Qətərdə HƏMAS liderlərinə İsrailin zərbələri ilə bağlı Baş nazir Binyamin Netanyahuya mesajının olub-olmaması ilə bağlı sualına “Mən onların çox və çox diqqətli olmasını istəyirəm” deyib.

“Onlar HƏMAS haqqında nəsə etməlidirlər, lakin Qətər həmişə ABŞ-ın sadiq müttəfiqi olub”, - deyə Tramp əlavə edib.

Chosen
23
4
azertag.az

5Sources