EN

Ağzındakı diş hesabına 20 il sonra korluqdan xilas oldu Tibb tarixində inqilab

Milli.az saytına istinadən ain.az xəbər verir.

Kanadada həyata keçirilən qeyri-adi tibbi əməliyyat, 20 ildir görmə qabiliyyətini itirmiş Brent Chapmana yenidən görmək imkanı qazandırıb. Həkimlər Chapmanın öz dişini istifadə edərək gözün içinə yerləşdirib və yeni linzanı sabitləşdirərək onun görmə qabiliyyətini bərpa ediblər.

Chapman əməliyyatdan sonra sevincini belə ifadə edib:

"20 ildən sonra biri ilə göz-gözə gəlmək çox təsirli idi."

Kanadanın Vankuver şəhərində həyata keçirilən əməliyyat 34 yaşlı Chapman üçün yeni ümid oldu. O, illər əvvəl nadir rast gəlinən Stevens-Johnson sindromu səbəbindən görmə qabiliyyətini tam itirmiş, 20 il ərzində isə 50-dən çox uğursuz əməliyyat keçirmişdi.

Diş yanağa yerləşdirilib, sinir körpüsü qurulub

Chapmanın arxa dişlərindən biri çıxarılaraq yanağına yerləşdirildi və burada gözlə beyin arasında bir növ "sinir körpüsü" rolunu oynadı. Toxumaların uyğunlaşmasından sonra göz əməliyyatı həyata keçirilib: təbii göz merceyi çıxarılaraq yerinə yeni mercek taxılıb.

Əməliyyatı icra edən göz cərrahı Greg Moloney bildirib ki, diş toxuması bədənin rədd etmədiyi güclü bir quruluşdur və linza ilə beyin arasında canlı bir bağ yaradır. O, linzanın dəyişdirilməsini "sanki qırılmış avtomobil şüşəsini yeniləmək" kimi təsvir edib.

Əməliyyatdan dərhal sonra yalnız əl hərəkətlərini seçə bilən Chapmanın görmə qabiliyyəti bir neçə ay ərzində sürətlə yaxşılaşıb və 20/30 səviyyəsinə çatıb.

Həkimlərin sözlərinə görə, önümüzdəki 30 il ərzində yenidən kor olma riski 50 faiz olaraq qalır.

Bütün risklərə baxmayaraq Chapman xoşbəxtdir:

"20 ildən sonra ilk dəfə göz təması qurmaq çox duyğusal idi. İndi tamamilə yeni bir dünyada yaşayıram."Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
1
news.milli.az

2Sources