EN

Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli təlimlərə başlayıb

Koreya Respublikası, ABŞ və Yaponiya silahlı qüvvələri 15–19 sentyabr tarixlərində Cənubi Koreyanın Çeju adasının cənub-şərqində, beynəlxalq sularda keçirilən üçtərəfli “Freedom Edge” təlimlərinə başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

“Freedom Edge” təlimlərinin özəlliyi ondadır ki, ordu bacarıqlarını bir neçə sahədə – dənizdə, havada və kiberməkanda tətbiq edir. Təlimlər çərçivəsində raketdən müdafiə və hava hücumundan müdafiə manevrləri keçiriləcək, həmçinin dənizdə tibbi təxliyə və müdaxilə ssenariləri də məşq ediləcək.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri təlimlərin əsas məqsədinin Şimali Koreyadan gələn “nüvə və raket təhlükəsinə cavab” vermək olduğunu, eyni zamanda regionda sülh və sabitliyə töhfə verəcəyini bildirib.

Üç ölkənin silahlı qüvvələri manevrlərdən həm də qarşılıqlı ahəngdarlığı artırmaq və “sülhün kollektiv şəkildə qorunmasına sadiqliklərini” nümayiş etdirmək üçün istifadə edəcək. “Freedom Edge” bu formatda üçüncü təlimdir. Əvvəlkilər 2024-cü ilin iyun və noyabr aylarında keçirilib.

Bu, həm 2025-ci ilin iyununda vəzifəsinin icrasına başlayan Cənubi Koreya prezidenti Li Cae Myonqun, həm də ABŞ prezidenti Donald Trampın ikinci administrasiyasının dövründə keçirilən ilk üçtərəfli təlimlərdir.

Qeyd edək ki, sələfindən fərqli olaraq, Li Cae Myonq KXDR ilə dialoqun tərəfdarıdır.

Chosen
25
9
operativmedia.az

10Sources