EN

Premyer Liqa: “Neftçi Arena”da qolsuz bərabərlik

Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi” ilə “Sabah” bərabərə qalıb.

Msport.az xəbər verir ki, “Neftçi Arena”da  keçirilən turun bağlanış matçında hesab açılmayıb.

“Sabah”ın 4, “Neftçi”nin isə 3 xalı var.

Qeyd edək ki, daha əvvəl “Şamaxı” “Karvan-Yevlax”ı üç, “Araz-Naxçıvan” “Kəpəz”i iki, “Turan Tovuz” “Qəbələ”ni, “İmişli” isə “Sumqayıt”ı bir cavabsız qolla üstələyib. “Qarabağ” – “Zirə” oyununda qalib müəyyənləşməyib – 1:1.

Chosen
37
10
msport.az

10Sources