ain.az bildirir, sport24.az portalına istinadən.
"Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatının bombardiri kimi "Qızıl buts"u alıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Əl-Nəsr"in kapitanı Kriştianu Ronaldo ardıcıl ikinci dəfə "Qızıl buts" mükafatını qazanıb. Mükafatı ona "Əl-Nasr"ın keçmiş kapitanı və klubun bütün zamanların ən yaxşı bombardiri Məcid Abdulla təqdim edib".
Qeyd edək ki, Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 30 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Forvard 2023-cü ildən "Əl-Nassr"da çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.