EN

Əlcəzair prezidenti yeni hökumətinin tərkibini təsdiqləyib

Əlcəzair prezidenti Əbdülməcid Tebbun ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "Algeria Press Service" məlumat yayıb.

Baş nazir Sifi Qribin rəhbərlik etdiyi kabinetə 10 yeni nazir daxildir.

Qeyd edək ki, sentyabrın 14-də Tebbun hökumət başçısı vəzifəsini icra edən Qribi baş nazir təyin edib və ona yeni kabineti formalaşdırmağı tapşırıb.

"Cebheinfo.az" 

Chosen
68
6
cebheinfo.az

8Sources