EN

Sürücü məhkəmədə qalib gəldi; amma maşını duracaqdan buraxılmır

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Haqsız yerə cərimələndiyini bildirən sürücü Elnur Hüseynzadə məhkəməyə müraciət edərək qalib gəlib. O, Avtosfer.az-a açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə məşğul olduğu 77-NO-612 dövlət nömrə nişanlı “BYD” markalı avtomobili avtobus zolağının qüvvədə olmadığı saatda idarə etdiyi halda yol polisi tərəfindən saxlanılıb və məsuliyyətə cəlb edilib.

Sürücünün idarəetmə hüququ məhdudlaşdırıldığı üçün bu qərardan Kəlbəcər rayon Məhkəməsinə müraciət edib. Araşdırma nəticəsində tərtib edilmiş qərarın əsassız olduğu müəyyən edilib və bu səbəbdən qərar ləğv olunub.

Bununla razılaşmayan Dövlət Yol Polisi İdarəsi Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. Lakin apellyasiya şikayəti təmin edilməyərək rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Buna baxmayaraq, sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması barədə qərar hələ də sistemdən silinməyib və avtomobili isə duracaqdan buraxılmayıb.

Bundan əlavə, sürücü Elnur Hüseynzadənin adına əlavə olaraq hər biri 400 manat olmaqla 4 cərimə yazılıb. O, bu cərimələrin də əsassız olduğunu deyərək ödəmədiyini bildirib. Bu səbəbdən həmin cərimələrin üzərinə faiz hesablanmağa başlanıb.

Məsələ ilə bağlı çətinlik yaşayan sürücü Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən köməklik göstərilməsini xahiş edir.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
avtosfer.az

2Sources