EN

Sabirabadda 42 yaşlı kişi qətlə yetirildi

Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib.

Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.

Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Chosen
1
10
konkret.az

10Sources