EN

Ukraynada ikinci Çernobıl fəlakəti yaşana bilər - Ekspert

Nüvə stansiyalarının mühafizə sistemlərinin hətta bir hissəsinin məhv edilməsi Çernobıl miqyaslı fəlakətə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu “DroneUA” şirkətinin həmtəsisçisi Valeri Yakovenko bildirib.

Onun sözlərinə görə, soyutma və enerji təchizatı sistemlərinin sıradan çıxması nəzarətsiz zəncirvari reaksiya yaradaraq geniş ərazidə canlıları məhv edə bilər:

“Rusiya dronları bəzən nüvə obyektlərindən “örtük” kimi istifadə edir, çünki belə hücumların Ukrayna üçün böyük dağıntılar törədəcəyini bilirlər. Nüvə elektrik stansiyaları ölkənin enerji təminatında mühüm rol oynayır və onların fəaliyyəti olmadan Ukraynada elektrik təminatında ciddi problemlər yaşana bilər”.

Chosen
7
1
axar.az

2Sources