EN

Allahdan bir ər istəyirsən, ərdən isə ev, maşın, qızıl...

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şairə Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı videosu ilə gündəm olub.

Milli.Az xəbər verir ki, 30-35 yaş arası subay xanımlara müraciət edərək, onların bəzi istəklərini sərt tənqid edib.

Səfərlinin sözlərinə görə, bəzi qadınlar hələ ailə qurmazdan əvvəl ərdən ev, qızıl, geyim və tətil tələb edirlər:

"Əvvəl Tanrıdan bir ər istəyirsiniz, sonra ərdən bu qədər şey tələb edirsiniz. düzgün deyil. Ev, qızıl, maşın, tətil, geyim... Buna ər dayanar? "Qırılmışlar", qalın evdə!".

Onun fikirləri izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Bir qrup insan Səfərlinin sözlərini haqlı sayaraq, bu cür maddi tələblərin münasibətləri çətinləşdirdiyini qeyd edib. Digərləri isə şairəni sərt üslubuna görə qınayıb.

Musa 

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
58
8
news.milli.az

9Sources