EN

Təhsil bayramı Mingəçevirdə coşqu ilə keçirildi FOTOlar

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.

Milli.Az-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə bu gün daha fərqli qeyd edilib. Tədbirə müəllimlər, şagirdlər və valideynlərlə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri də qatılıb.

Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra tədbir proqramı davam edib. Məktəbin müəllimləri və rəhbərliyi yeni tədris ilində şagirdlərə uğurlar arzulayıb, onların elm və təhsildə qazandıqları nailiyyətlərin ölkəmizin gələcəyinə töhfə verəcəyini qeyd ediblər.

Qeyd edək ki, 2025-2026-ci tədris ili iyunun 14-də başa çatacaq.

Aysel Əkbər

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
1
news.milli.az

10Sources