EN

İnvestorlar “OpenAI”yə $50 milyard sərmayə qoyublar

“OpenAI” 2028-ci ilə qədər gəlirini 100 milyard dollara çatdıracağını proqnozlaşdırır, lakin baş direktor Sem Altmanın sözlərinə görə, şirkət yalnız 2029-cu ildə mənfəət əldə edə biləcək. “TechSpot”un məlumatına əsasən, rekord həcmdə investisiyalar və öz çiplərinin istehsalına baxmayaraq, biznes hələ də milyardlarla dollar zərər qeydə alır.

Yaxın onillikdə “OpenAI” yüz milyardlarla dollar xərcləməyi öhdəsinə götürüb, o cümlədən hər il “Oracle” xidmətlərinə 60 milyard dollar, birgə məlumat mərkəzlərinin tikintisinə isə 18 milyard dollar ayrılacaq. Daxili qiymətləndirmələrə görə, zərər 2029-cu ilə qədər 44 milyard dollara çata bilər.

Şirkət üçün əsas çətinlik monetizasiyadır. Belə ki, “ChatGPT”nin artıq 700 milyondan çox istifadəçisi var, amma onların yalnız kiçik bir hissəsi xidmətə görə ödəniş edir. “Menlo Ventures”in araşdırması göstərib ki, istifadəçilərin cəmi 3%-i müntəzəm olaraq süni intellekt xidmətlərinə pul ödəyir; “McKinsey”nin məlumatına görə isə şirkətlərin 80%-i süni intellektin tətbiqindən əhəmiyyətli mənfəət artımı qeydə almır. “Link Ventures”in qurucusu Deyv Blundin süni intellekti “insanlıq tarixində ən transformativ ixtira” adlandırıb, lakin bazarda mümkün maliyyə korreksiyası barədə xəbərdarlıq edib.

Buna baxmayaraq, “OpenAI” investorların dəstəyini qoruyub saxlayır: son bir ildə şirkətə təxminən 50 milyard dollar yatırılıb, “Microsoft” isə tərəfdaşlığı uzadıb ki, bu da əlavə 19 milyard dollara çıxışı təmin edəcək və şirkətin tam kommersiya strukturuna çevrilməsini sürətləndirəcək.

Chosen
25
banker.az

1Sources