EN

Qismət Alıyev: Avropa komandaları “Qarabağ”la başabaş oynaya bilmir”

ain.az bildirir, Apasport saytına əsaslanaraq.

“Zirə”nin kapitanı Qismət Alıyev Apasport.az saytına müsahibə verib.

- "Zirə" IV turda "Qarabağ"a qarşı çox yaxşı mübarizə apardı. Sonda bir xalla kifayətləndiniz. Qeydə alınan nəticə sizi razı saldı?

- Oyuna komanda şəklində çox istəkli hazırlaşmışdıq. Bilirdik ki, “Qarabağ”a qarşı oynamaq hər bir komanda üçün ağır keçir. 1:0 önə keçdikdən sonra da yaxşı qol imkanlarımız var idi. Sonda da standart vəziyyətdən qapımızda qol gördük. Bu cür matçlarda daha da diqqətli olmaq lazımdır.

- Komanda 1:0 olarkən belə, qol epizodarı əldə etmişdi. Yəqin ki, onlardan birini vurub 2:0 edəcəyiniz halda, qələbə qazanacaqdınız? Səncə, nəyə görə qələbə qazanmaq alınmadı?

- Bəlkə də 2-ci qolu vursaydıq, matçın sonu başqa cür ola bilərdi. Əlimizə düşən epizodlarda daha soyuqqanlı olmalıydıq. “Qarabağ”ın qapıçısı da çox yaxşı çıxış etdi. Artıq bu oyunu yaddan çıxardıb, qarşıdan gələn matça köklənməliyik.

- Nəzərə almaq lazımdır ki, milli komandanın ağır oyunlarından sonra komandaya qayıtmışdın. İslandiyaya böyükhesablı məğlubiyyət olsa da, Ukraynaya qarşı layiqli mübarizədən bir xalla ayrılaraq komandaya gəlmişdin. Ukrayna ilə matça görə yəqin ki, əhval-ruhiyyən yaxşı idi?

- İslandiyaya böyükhesablı məğlubiyyətdən sonra futbolçular olaraq söhbətlərimiz də belə idi ki, İslandiya matçını yaddan çıxardıb, Ukrayna görüşünə köklənməliyik. Öz meydanımızda oynayırdıq. Xalqımızı yaxşı oyunla sevindirməyə çalışırdıq. Azarkeşlərimiz də sağ olsunlar bizləri tək qoymadılar. Bundan sonra gözəl qələbələrlə fanatları sevindirməyə çalışacağıq.

- “Zirə" artıq son illərdə "Qarabağ"la görüşlərdən xalsız ayrılmır. Ötən mövsüm qələbə qazandınız, bu mövsüm heç-heçə oynadınız. Lap əvvəlki illərdə isə hətta böyükhesablı məğlubiyyətlər belə, olurdu. Demək olar ki, artıq "Zirə" elə səviyyəyə gəlib ki, "Qarabağ"la başabaş oynaya bilir?

- “Qarabağ”a qarşı hər bir komanda xal qazanmaq istəyir. Son oyunlarımız çox gərgin keçir. “Qarabağ”la başabaş çıxış etmək çox çətin olar. Açıq danışaq, Avropa komandaları “Qarabağ”la başabaş oynaya bilmir. Biz də ildən-ilə inkişaf edirik.

- Bu mövsümün çox çətin keçəcəyi görünür. Səncə, "Zirə"nin bu mövsüm edə biləcəyi nəticə nə ola bilər? Qarşıya qoyulmuş əsas hədəf nədir? Necə düşünürsən, bu mövsümün çempionu dəyişə bilər?

- Bu mövsüm çempionat çox gərgin və maraqlı başlayıb. Komandalarda yaxşı transferlər reallaşdırıb. Heyətlər gücləndirilib. 4 tur keçib, geriyə baxdıqda elə bir oyun yoxdur ki, hansısa komanda rahatlıqla qələbə qazansın. Hədəfimiz yenidən avrokuboklara vəsiqə qazanmaqdır. Qarşıda bundan da gərgin oyunlar olacaq.

- Növbəti turdakı rəqibiniz isə "Şamaxı"dır. A millidəki müvəqqəti baş məşqçiniz olmuş Ayxan Abbasovun komandasına qarşı görüşdə qələbə qazanmaq mümkün olacaq səncə?

- Ayxan müəllimin komandaları hər zaman döyüşkən kollektivlər olub. “Şamaxı” ilə oyunlarımız evdə də, səfərdə də gərgin keçir. Bu dəfə də belə olacağını bilirik. İndi bütün fikrimizi həmin oyuna yönəltmişk. Uğurlu nəticə qazanmağa çalışacağıq.

Ayxan Abbasov: “Bu təklif müzakirə olunmalıdır”

Azər Həşimov: “Bu, hamımızın səhvidir”

“Şamaxı”dan böyükhesablı qələbə - YENİLƏNİB

La Liqa: “Selta” “Jirona” ilə bacarmayıb

Rail Məlikov: "Millinin baş məşqçisinin avtoriteti, ağırlığı olmalıdır"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
1
apasport.az

2Sources