Sentyabrın 14-də dünya enerji bazarlarında neft qiymətləri yüksəlib.
WTI markalı neft (Nymex birjasında) 0,62% bahalaşaraq bir barel üçün 63,08 ABŞ dolları, Brent markalı neft isə (ICE London birjasında) 0,57% artaraq 67,37 ABŞ dolları təşkil edib.
Analitiklərin fikrincə, qiymət artımı hasilatla bağlı gözləntilər və bazarda tələbin sabit qalması ilə əlaqədardır.