Ajans.az "Daily Mail"ə istinadən xəbər verir ki, insident kino ulduzunun Los-Ancelesdəki evində qeydə alınıb. Oğru aktrisanın malikanəsinin ərazisinə birbaşa açıq darvazadan daxil olub. Oğurlanan "BMW"nin açarının avtomobilin içərisində olması cinayətkarın işini asanlaşdırıb. Los-Anceles polisi oğurluqda şübhəli bilinən şəxsi axtararkən aktrisanın avtomobilinin izinə düşə bilib. Qeyd edək ki, son zamanlar Los-Ancelesdə cinayətkarlıq artıb. Belə ki, bir müddət öncə naməlum şəxslər müğənni Diana Rossun qızı Treysi Elis Rossun evinə daxil olaraq dəyəri 100 min dollardan çox olan qızıl-zinət əşyaları və çantaları oğurlayıblar. Həmçinin, aktyor Bred Pitt də soyğunçuların qurbanı olub.